Yoxlama görüşündə İspaniyanın Argentinanı 6:1 hesabıyla darmadağın etdiyi oyundan sonra het-trik edərək görüşə damğa vuran İsko gündəmi zəbt edən açıqlama vermişdi. Yarımmüdafiəçi "Baş məşqçim Zidan mənə güvənmir. Bəlkə də "Real" üçün bir problemim var. Necə oynadığımı Argentina ilə matçda bir daha isbatladım. Amma Zidanın etimadını necə qazancağımı bilmirəm" deyərək baş məşqçiyə mesaj ünvanlamışdı.
Sportal.az xəbər verir ki, əks cəbhədən də cavab atəşi gəlib. Fransalı mütəxəssis İskoya qarşı haqsızlıq etmədiyini dilə gətirib:
"Düşünürəm ki, İsko bizimlə xoşbəxtdir. Bəlkə də milli komandadakı rolunu bizdə oynamır, ancaq bizim üçün önəmli futbolçudur. Ona qarşı haqsızlıq etmirəm. Argentinaya qarşı oyunundan da razı qaldım. Onunla aramızda heç bir problem yoxdur. Həmişə komandanın yaxşılığını düşünürəm. 25 futbolçum var və ancaq start heyətdə 11 nəfərə şans verə bilərəm".
Zidan 25 yaşlı futbolçunun "Real"da qalacağını bəyan edib:
"İsko "Real"da qalacaq. Çox bəyəndiyim futbolçudur və işini yaxşı görür. Ayrılıq məsələsi müzakirə mövzusu deyil".
İsko bu mövsüm "Real"da 25 oyuna 5 qol və 5 assistlik performans sərgiləyib.
saytlarin hazirlanmasi