"Real"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "kral klubu"nun müdafiəçisi Naço Fernandes zədələnib. 28 yaşlı futbolçu La Liqanın son turunda “La-Palmas”la keçirilən oyunda budundan zədə alıb. Onun 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Bu isə o deməkdir ki, Naço Çempionlar Liqasının 1/4 finalında “Yuventus”la keçiriləcək hər iki görüşü buraxacaq
Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 3-də, cavab matçı isə 11-də olacaq.
saytlarin hazirlanmasi