"Arsenal" ÇSKA-nı, "Atletiko" "Sportinq"i məğlub etdi

00:55 - 6 Aprel 2018

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, “Arsenal” öz meydanında Rusiyanın ÇSKA klubunu qəbul edib və 4:1 hesablı qələbə qazanıb.

 

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Atletiko” Madriddə “Sportinq”lə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.

 

“Latsio” öz meydanında “Zalsburq”a 4:2 hesabıyla qalib gəlib. 

 

Digər görüşdə isə “Leyptsiq” doğma azarkeşlər önündə “Marsel”lə üz-üzə gəlib və 1:0 hesablı qələbəyə sevinib.

 

Avropa Liqası

1/4 final (ilk oyunlar)

5 aprel

 

“Arsenal” (İngiltərə) – ÇSKA (Rusiya) - 4:1

Qollar: Remzi, 9, 28, Lyakazet, 23 (p.), 35 - Qolovin, 15

 

“Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya) - 2:0

Qollar: Koke, 1, Qrizmann, 40

 

“Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya) - 4:2

Qollar: Luliç, 9, Parolo, 48, Andersen, 74, İmmobile, 76 - Berişa, 30 (p.), Minamino, 71

 

“Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa) - 1:0

Qol: Verner, 45+1

Xəbər xətti