Çempionlar Liqasında üz-üzə gələn "Barselona" - "Roma" matçının (4:1) reportajını hazırlayan İranın dövlət televiziyası "Roma"nın loqosuna senzura tətbiq edib.
Sportal.az xəbər verir ki, İran kanalı "Roma"nın loqosunda yer alan dişi canavarın döşlərini silib və matçın reportajını bu şəkildə yayımlayıb.
Roma şəhərinin əsasını qoyan Rom və Remul qardaşları ana südü içməyiblər. Onları canavar bəsləyib və süd verib.
Sosial şəbəkələrdə azarkeşlər buna sərt şəkildə reaksiya veriblər.
saytlarin hazirlanmasi