Qvardiola hakim idarəçiliyindən narazı qaldı: "Təmiz qolumuzu vermədilər"

11:38 - 11 Aprel 2018

Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" öz meydanında "Liverpul"a 1:2 hesabıyla məğlub olaraq turnirlə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola hakimin qərarlarından narazı qaldığını açıqlayıb:

 

"Təmiz qolumuzu vermədilər. İlk hissəni 2-0 hesabı ilə öndə bitirə bilərdik. İlk oyunda Məhəmməd Salahın qolunda ofsayd var idi, burada da qolumuzu vermədilər. Top "Liverpul"dan gəlmişdi, Leroy Sane oyundankənar vəziyyətdə deyildi. Penaltilərimiz də verilmədi. Bu tərzdə kobud səhvlər matça 100 faiz təsir edir".

 

Ardıcıl 3-cü məğlubiyyətini alan Qvardiola futbolda belə hallarla rastlaşdığını deyib:

 

"10 aydır ki, qalib gəlirik, ancaq ardıcıl məğlubiyyətlər aldıq. Futbolda belə hallar baş verir. Bu, zaman-zaman üzləşdiyim statistikalardan biridir. Toparlanmalı və yola davam etməliyik".

 

Təcrübəli mütəxəssis təqvimdən də şikayətlənib:

 

"Üç gündən bir oyun keçirmək asan deyil. Həyatı qəbul etmək lazımdır. Başımıza gəldi və mübarizəni dayandırdıq. Ümid edirəm ki, gələn mövsüm yarımfinala yüksələ biləcəyik".

Xəbər xətti