“Roma”nın prezidenti Ceyms Pallotta Çempionlar Liqasının 1/4 finalında “Barselona” üzərində qazanılan qələbəni böyük çılğınlıqla qeyd edib.
Sportal.az xəbər verir ki, prezident qarşılaşmadan sonra Roma küçələrinə çıxıb. O, qələbəni azarkeşlərlə birgə qeyd edib. Prezident o dərəcədə çılğın olub ki, fontanlardan birinə girərək, orda çimib.
“Roma” ilk görüşdə 1:4 hesabı ilə məğlub olduğu “Barsa”ya cavab qarşılaşmasında 3:0 hesabıyla qalib gələrək, yarımfinala adlayıb.
saytlarin hazirlanmasi