Bu gün Avropa Liqasında 1/4 finalın cavab matçları keçiriləcək.
Sportal.az xəbər verir ki, “Arsenal” MOİK-in qonağı olacaq. İlk görüşdə 4:1 hesablı qələbə qazanan Arsen Vengerin komandası növbəti mərhələyə adlamağa daha şanslıdır.
“Atletiko” isə səfərdə “Sportinq”lə qarşılaşacaq. Madrid klubu ilk oyunda 2:0 hesabı ilə qalib gəlib.
Günün digər oyunları “Zalsburq” -“Latsio” və “Marsel” -“Leyptsiq” arasında keçiriləcək. 12 aprel
Avropa Liqası
1/4 finalın cavab oyunları
23:05. MOİK (Rusiya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 1:4
23:05. “Zalsburq” (Avstriya) – “Latsio” (İtaliya)
İlk oyun – 2:4
23:05. “Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya)
İlk oyun – 0:2
23:05. “Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya)
İlk oyun – 0:1
saytlarin hazirlanmasi