2 mövsüm əvvəl Braziliyanın "İnternasional" klubundan 8 milyon avroya transfer olan qapıçı Alison Beker haqqında çıxan transfer xəbərlərinə "Roma"dan cavab gəldi.
Sportal.az xəbər verir ki, "Real", PSJ və "Liverpul"un tranfer siyahısında olduğu iddia edilən Allison üçün "Roma"nın prezidenti Ceyms Palotta braziliyalı əlcək sahibini satmayacaqlarını deyib:
"İnsanların nə üçün Bekerin növbəti mövsüm bizimlə olub-olmayacağına danışmasına təəccüblənirəm. Satılmayacaq! Alisonu göndərmək fikrimiz yoxdur. Bəzi təkliflər olacaq, amma biz onu satmaq fikrində deyilik. Çünki o, möhtəşəm qapıçıdır".
Qeyd edək ki, Braziliya millisinin üzvü olan 25 yaşlı qolkiper 2016-cı ildən "canavarlar"da çıxış edir.
saytlarin hazirlanmasi