"Barselona" illər sonra ilk dəfə start heyətində yetirmələri olmadan oyuna çıxıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi İspaniya La Liqasının 33-cü turunda "Selta" ilə matçda (2:2) 16 illik seriyasını qırıb.
Sözügedən görüşün start heyətində "Barselona"nın yetirməsi olmayıb. Ernesto Valverde meydana bu start heyəti buraxıb: Mark-Andre ter Ştegen, Luka Din, Yerri Mina, Nelson Semedo, Tomas Vermalen, Andre Qomes, Paulinyo, Denis Suares, Usman Dembele, Filippe Koutinyo, Fransikko Alkaser.
Klub akademiyasının üzvlərindən Andres İnyesta və Jerar Pike oyunun iştirak ərizəsinə salınmayıb. Serxio Roberto və Lionel Messi isə ikinci hissədə meydana daxil olub.
saytlarin hazirlanmasi