Millimiz Türkiyə ilə bərabərə qaldı

00:16 - 24 Aprel 2018

Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız ilk oyununu keçirib.

 
Sportal.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna Mehrac Baxşəliyev imza atıb.

 

Aprelin 25-də keçiriləcək növbəti oyunda millilərimiz Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.

Xəbər xətti