"Barselona" "Başakşəhər"ə icarəyə verdiyi Arda Turanı yayda birdəfəlik sata bilər.
Sportal.az xəbər verir ki, Çin klublarından biri Ardaya "elçi düşüb". "Barselona" 31 yaşlı yarımmüdafiəçinin keçidindən 15 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, Ardanın "Başakşəhər"lə 2 illik müqaviləsi qalıb. Lakin müqavilənin şərtlərinə görə, "Barselona" Ardanı satmaq hüququna malikdir.
saytlarin hazirlanmasi