"Roma"nın baş məşqçisi: "Geri dönüş edə bilərik"

11:55 - 25 Aprel 2018

"Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a səfərdə 2:5 hesabıyla uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis oyunun ilk 20 dəqiqəsində yaxşı oynadıqlarını bildirib:

 

"İlk 20 dəqiqədə sistemli şəkildə oynadıq. Hətta daha əla. Sonra isə meydanda üstünlüyümüzü itirdik və çox sadə top itkiləri etdik".

 

İtaliyalı çalışdırıcı geri dönüşə inandıqlarını deyib:

 

"Əgər bir şeyi edəcəyinizə inanmırsızsa, buna başlamamalısız. Ancaq "Barselona" ilə oyundandan da tez-tez danışmamalıyıq. Yoxsa başımızı itirərik. "Barselona" ilə ilk oyundan sonra bildirmişdim ki, şanslarımız var. İndi də deyirəm ki, geri dönüş edə bilərik. Cavab matçında tam fərqli "Roma" izləyəcəksiniz".

 

Qeyd edək ki, cütün cavab oyunu mayın 2-də baş tutacaq.

Xəbər xətti