"Kəpəz"də zədə problemi

16:59 - 25 Aprel 2018

“Kəpəz”in iki aparıcı futbolçusu zədədən əziyyət çəkir.

 

Sportal.az xəbər verir ki, Yunis Hüseynovun ən çox etimad göstəridiyi legionerlər Quili Mandqaladze və İqor Korotetski hazırda həkim nəzarətindədirlər. 

 

Bundan əlavə brazliyalı futbolçular Dedimar Ferreyra və Dieqo Qusmao da oynamağa qadir deyillər.

 

Qeyd edək ki, “Kəpəz” Topaz Premyer Liqasının XXV turunda “Qəbələ”nin qonağı olacaq. 

Xəbər xətti