Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə "Bavariya" doğma meydanında "Real"a 1:2 hesabıyla məğlub oldu.
Sportal.az xəbər verir ki, oyundan sonra Münhen klubunun baş məşqçisi Yupp Haynkes açıqlama verib. O, rəqibə hər iki qolu hədiyyə etdiklərini deyib: "Onlara iki qolu hədiyyə etdik. 100 faizli qol şanslarından isə yararlana bilmədik. Robben və Boatenqi də itirmək ağır zərbə oldu. İlk qolu çox axmaq şəkildə buraxdıq".
Mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını deyib:
"Real"la yarımfinal matçında çox şans əldə etmək çətin işdir. Ancaq bizim epizodlarımız çox oldu, amma qollar vura bilmədik. Biz məğlubiyyətə layiq deyildik. Buna görə də finala yüksələcəyimizə inanıram. "Real"ın müdafiəsində problemlər olduğunu hiss etdik. Cavab matçı üçün ümidliyik".
Haynkes komandanın heyətində ən fəallardan olan Riberi haqda belə danışıb:
"Onun 35 yaşı var, amma mükəmməl performans ortaya qoydu. Peşəkarlığını hər zaman qoruyur və çalışmaqda davam edir. Uzun müddətdir ki, bir-birimizi yaxından tanıyırıq. Ona güvənim böyükdür".
Qeyd edək ki, bu komandaların cavab matçı mayın 1-də Madriddə keçiriləcək.
saytlarin hazirlanmasi