"Real"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "kral klubu"nun müdafiəçisi Dani Karvahal sıradan çıxıb.
Çempionlar Liqası yarımfinal mərhələsinin "Bavariya"ya qarşı səfər matçında (2:1) zədələnən İspaniya millisinin üzvünün durumuna aydınlıq gəlib. 67-ci dəqiqədə zədələnib meydanı tərk edən 26 yaşlı müdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə onun Münhen təmsilçisi ilə cavab qarşılaşmasını və La Liqanın 36-cu turunda "Barselona" ilə oyunu buraxacağı deməkdi.
Qeyd edək ki, "Real" - "Bavariya" matçı 1 may tarixində Madridin "Santyaqo Bernabeu" stadionunda, "Barselona" - "Real" görüşü isə mayın 6-sı "Kamp Nou"da baş tutacaq.
saytlarin hazirlanmasi