Andreas İnyesta mövsümün sonunda “Barselona”dan ayrılacaq.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi bu gün keçirdiyi mətbuat konfransında qərarını rəsmən açıqlayıb. O, qərarını açıqlayarkən bu sözləri deyib: "Bu, "Barselona"da keçirdiyim son mövsüm idi. Bu qərarı uzun müddət idi ki, düşünürdüm. Mənə görə "Barselona" dünyanın ən yaxşı komadasıdır və bu klub mənə sahib olduğum hər şeyi verdi".
İnyesta Çinin “Çuntsin Lifan” klubuyla 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçu “Barselona”nın yetirməsidir. O, komandası ilə birgə 31 kubok qazanıb.
saytlarin hazirlanmasi