Millimiz Türkiyəyə məğlub oldu

00:08 - 28 Aprel 2018

2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandası Antalya şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Türkiyədən olan həmyaşıdları ilə qarşılaşan komandamız 0:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Bəhruz Tanırverdiyev 34-cü, Siyadi Baxşəliyev isə 37-ci dəqiqədə qırmızı vərəqə alıb.

 

Qeyd edək ki, millimiz bundan əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzub, Türkiyə ilə bərabərə (1:1) qalıb.

Xəbər xətti