Azər Məmmədov: "Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim"

00:36 - 28 Aprel 2018

“Turnirin ən güclü komandasına qarşı oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər. Nəticə bizim üçün ağır olsa da, turnir yeni yaranmış komandanın təcrübə qazanması baxımından çox faydalı oldu".

 

Sportal.az xəbər verir ki, bu sözləri 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov Antalya şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində Türkiyəyə 0:4 uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.

 

Mütəxəssis turnirin onlar üçün böyük təcrübə olduğunu deyib: "Bu uşaqlar indiyə qədər bu cür oyunlar keçirməmişdi. Artıq komanda olaraq onları gələcəkdə nələrin gözlədiklərini dərk edirlər. Belə gərgin oyunlar oynamaq üçün çox çalışmalıyıq. Bu turnir mənim üçün də böyük təcrübə oldu. Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim”.

Xəbər xətti