"Keşlə"də QALMAQAL: Kamran Ağayevlə Slavik Alxasov söz savaşına çıxdılar

17:03 - 28 Aprel 2018

Topaz Premyer Liqasının 25-ci turunda "Keşlə" “Neftçi”ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, matçın gedişində meydan sahiblərinin iki futbolçusu - qapıçı Kamran Ağayev və müdafiəçi Slavik Alxasov söz savaşına çıxıblar. Topun oyuna hansı tərzdə daxil edilməsi ilə başlayan problem xeyli davam etdi və tərəflər bir-birinin ünvanına xoş olmayan sözlər işlətdilər. “Neftçi” bərabərlik qolunu vurduqdan sonra isə ara daha da qızışdı. Hisslərinə hakim ola bilməyən kapitan Ağayev topu bilərəkdən kənara vuraraq hirsini soyutdu.

 

Onun bu hərəkəti isə cavabsız qalmadı. Belə ki, baş məşqçi Yuri Maksimov fasilədə onu Orxan Sadıqlı ilə əvəzlədi.  

Xəbər xətti