Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Real” - “Bavariya” matçının hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, matçı türkiyəli hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duranla Tarık Onqun kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını Mustafa Eyisoy yerinə yetirəcək. Hüseyin Göçek və Barış Şimşək isə əlavə hakim köməkçiləri olacaq.
Qeyd edək ki, oyun mayın 1-də “Santyaqo Bernabeu”da keçiriləcək. Cütün ilk görüşündə “Real” 2:1 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi