Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Roma" - "Liverpul" matçının hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, oyunu sloveniyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Damir Skomina olacaq. Yan xətt hakimləri Yure Praprotnik və Robert Vukan olacaq. Matey Yuq, Slavko Vinçiç qapı hakimləri olacaq. Tomaş Klançnik dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Roma" - "Liverpul" oyunu mayın 2-də keçiriləcək. İlk qarşılaşmada "Liverpul" 5:2 hesablı qələbə qazanmışdı.
saytlarin hazirlanmasi