İtaliya millisinin yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, mövsümün sonunda "Zenit"dən ayrılacağı dəqiqləşən Roberto Mançini İtaliya millisinin "sükanı arxası"na keçəcək. Mütəxəssis federasiya ilə razılığa gəlib.
Qeyd edək ki, 53 yaşlı çalışdırıcı ötən ildən "Zenit"də işləyirdi. Mançini ilk dəfə milli komanda çalışdıracaq.
saytlarin hazirlanmasi