Mövsümün sonunda Fransanın "Nitsa" klubu ilə müqaviləsi başa çatan Mario Balotelli İtaliyaya qayıtmaq istədiyini deyib.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu "Milan"a dönmək ehtimalının olmadığını da vurğulayıb:
"İtaliyaya geri dönmək istəyirəm. Bir neçə klub mənimlə maraqlanır. Ancaq "Milan"ın həmin komandalar arasında olmadığını söyləyə bilərəm. "Milan"a geri dönmək ehtimalım yoxdur. "Nitsa"da qalmayacam. Fransada ən yaxşı mövsümümü keçirsəm də, bu, son olacaq".
Qeyd edək ki, Balotelli bu mövsüm "Nitsa" forması ilə 35 oyuna 23 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi