Haynkes: "Hakimlərdən şikayətlənməyəcəm"

11:47 - 2 May 2018

"Real"la səfərdə 2:2 hesablı heç-heçə edərək Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandıran "Bavariya"nın baş məşqçisi Yupp Haynkes açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqda və hakim qərarlarından danışıb:

 

"Bu səviyyədə belə səhvlər etmək olmaz. Amma biz hər iki matçda bunu etdik. Finala biz layiq idik. Hər iki görüşdə "Real"dan üstün olduq. Ancaq futbolda belə şeylər olur və kiçik detallara görə mübarizəni başa vurduq. Əlbəttə, verilməyən penaltimiz də oldu. Açıq-aşkar görünürdü. Amma bunun üzərində dayanıb sızlamaq fikrim yoxdur. Şanslarımız çox oldu, amma dəyərləndirmədik. Buna görə də hakimlərdən şikayətlənməyəcəm. Hər iki oyuna dominantlıq etdik. Uzun müddət idi ki, belə yaxşı oynadığımızı görmürdüm. "Real" sadəcə, 1 sürətli hücum etdi. Keylor Navas oyunun ulduzu oldu".

 

Haynkes Çempionlar Liqasında baş məşqçi kimi sonuncu oyununa çıxdığını da qeyd edib: "Bu, Çempionlar Liqasında son oyunum idi. Təbii ki, bu şəkildə bitməsi üzücü oldu. Bu qərarı 72 yaşında verəcəyimi düşünməzdim. 2013-cü ildə Çempionlar Liqasının finalının mənim üçün son oyun olduğunu düşünmüşdüm. Geri dönəcəyimi düşünməzdim".

Xəbər xətti