Ulrayx: "Diqqətsizlik etdim, bağışlayın"

15:52 - 2 May 2018

"Bavariya"nın qapıçısı Sven Ulrayx "İnstagram" hesabında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Real"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra azarkeşlərdən üzr istəyib.

 

Sportal.az xəbər verir ki, ikinci qolda səhvə yol verən qolkiper bu sözləri qeyd edib:

 

"Çempionlar Liqasında mübarizəni dayandırmağımıza görə nə qədər məyus olduğumu sözlə ifadə edə bilmirəm. Finala çıxmağı arzu edirdik. Lakin mən diqqətsizlik etdim, bağışlayın. Komanda yoldaşlarımdan və azarkeşlərimizdən üzr istəyirəm".

 

Ulrayxın bu paylaşımından sonra "Bavariya"nın futbolçular və klubun sosial şəbəkəsi şərh yazaraq 29 yaşlı oyunçuya dəstək olublar.

Xəbər xətti