Türkiyə millisinin futbolçusu Əmrə Morun "Selta"da işləri qaydasında getmir. Viqoluların baş məşqçisi Xuan Karlos Unsue bu mövsüm gənc vingeri ikinci dəfə komandadan uzaqlaşdırıb.
Sportal.az xəbər verir ki, buna Əmrənin həmişə olduğu kimi, intizamsızlığı səbəb olub. Mor məşq zamanı məşqçinin tapşırıqlarını yerinə yetirməyib və epizodların birində komanda yoldaşına qarşı çox sərt oynayıb. Bu səbəbdən də Xuan Karlos türkiyəli futbolçunu əsas komandadan qovub.
20 yaşlı futbolçu bir müddət öncə yatıb qalaraq məşqə gec gəlmişdi. Mütəxəssis onu əsas komandadan uzaqlaşdırsa da, futbolçunun üzr istəməsindən sonra heyətə qaytarmışdı.
Qeyd edək ki, Əmrə Mor bu mövsüm La Liqada 23 oyuna 1 qol, 3 assistlik performans sərgiləyib.
saytlarin hazirlanmasi