"Liverpul" finala yüksəldi

00:42 - 3 May 2018

Bu gün Çempionlar Liqasında ikinci finalçının adı məlum olub.

 

Sportal.az xəbər verir ki, yarımfinalın cavab matçında “Roma” ilk oyunda 2:5 hesabı ilə uduzduğu “Liverpul”u qəbul edib. Meydan sahibləri 4:2 hesabı ilə qalib gəlsə də, ümumi hesabda üstün olan "Liverpul" həlledici oyuna vəsiqə qazanıb.

 

Qeyd edək ki, "Liverpul" finalda “Real”la üz-üzə gələcək.

 

2 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunları

 

“Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) - 4:2

Qollar: Milner, 15 (avtoqol), Ceko, 52, Naynqolan, 86, 90+3 (pen.) - Mane, 9, Vaynaldum, 26

Baş hakim: Damir Skomina (Sloveniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun - 2:5

Xəbər xətti