Bu gün Avropa Liqasında yarımfinalın cavab oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, iki oyundan sonra finalçıların adı müəyyənləşəcək. “Atletiko” Madriddə ilk oyunda 1:1 hesablı bərabərə qaldığı “Arsenal”ı qəbul edəcək.
Digər görüşdə isə “Zalsburq” “Marseli”i qonaq edəcək. İlk görüşdə Fransa klubu 2:0 hesabı ilə qalib gəlib.
3 may
Avropa Liqası
Yarımfinal, cavab oyunları
23:05. "Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə)
İlk oyun - 1:1
23:05. "Zalsburq” (Avstriya) – "Marsel” (Fransa)
İlk oyun - 0:2