Klopp: "Real"a qarşı daha yaxşı oynamalıyıq"

10:35 - 3 May 2018

Çempionlar Liqasının yarımfinalında "Lİverpul" səfərdə ilk görüşdə 5:2 hesabı ilə qalib gəldiyi "Roma"ya uduzub - 2:4. İki görüşün nəticəsinə görə İngiltərə təmsilçisi finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp oyun haqda və final şansları barədə danışıb:

 

"Bu oyunda bəxtli tərəf biz idik. Bunu anlayırıq. "Roma" çox güclü komandadır. Futbolçularımız karyerasında ilk dəfə ÇL-in yarımfinalında çıxış edirdi. Hesabda 2:1 öndə olana kimi hər şey yaxşı gedirdi. Lakin sonradan istədiklərimiz alınmadı. Rəqib bizə boşluqlar versə də, yararlana bilmədik. Finala layiq olan tərəf bizik. Finalda "Real"a qarşı daha yaxşı oynamalıyıq. Onların "Yuventus"la "Bavariya"ya qarşı oyunlarda bəxtləri gətirmişdi. Finalda özümüzü ən yaxşı tərəfdən göstərməliyik".

 

"Liverpul" mayın 26-da Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən finalda “Real”la üz-üzə gələcək. 

Xəbər xətti