Çempionlar Liqasının yarımfinalında "Roma" evdə ilk görüşdə 2:5 hesabı ilə qalib uduzduğu "Liverpul"a qalib gəlib - 4:2. İki görüşün nəticəsinə görə, "Roma" mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "canavarlar"ın baş məşqçisi Eusebio di Françesko matç haqda danışıb:
"Oyuna pis başladıq və belə start bizi üzdü. Ancaq ikinci hssədə mükəmməl oyun sərgilədik. Klubumuzun imicinə zərər vurmamaq üçün UEFA haqda danışmaq istəmirəm. Verilməyən qırmızı vərəqə və penaltilər nəticəyə təsir edəcəkdi. Hədəflərimiz var, onlara çatmalıyıq. Buna görə enerji xərcləməliyəm. Növbəti mövsümdə də ÇL-də olmalıyıq. Nələr bacara biləcəyimi göstərdik. Bunu yaxşılaşdırmalıyıq".
saytlarin hazirlanmasi