Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, "Atletiko" evdə "Arsenal"a 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün Madrid klubu finala yüksəlib.
Digər görüşdə isə "Zalsburq" "Marsel"i 2:1 hesabı ilə məğlub edib. Lakin iki oyunun nəticəsinə görə, 3:2 hesabı ilə qalib gələn "Marsel" finala yüksəlib.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
3 may
“Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə) - 1:0
Qol: Dieqo Kosta, 45+2
İlk oyun: 1:1
“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) - 2:1 (əlavə vaxt)
Qollar: Haydara, 53, Şaqler, 65 - Rolando, 116
İlk oyun: 0:2
saytlarin hazirlanmasi