Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Real”ın qapıçısı Keylor Navas bu ada layiq görülüb. Kosta-Rikalı qolkiper səslərin 55 faizini toplayıb. "Liverpul"un hücumçusu Sadio Mane isə 45 faiz səslə ikinci olub.
Qeyd edək ki, Navas "Bavariya" ilə yarımfinalın cavab oyununda (2:2) 8 seyv edib.
saytlarin hazirlanmasi