UEFA-dan Simeoneyə ağır cəza

11:04 - 5 May 2018

UEFA İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzasını açıqlayıb.

 

Sportal.az xəbər verir ki,  argentinalı mütəxəssis Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etməsi səbəbindən 4 oyunluq cəza alıb. Çalışdırıcı 10 min avro məbləğində cərimələnib.

 

Beləliklə, Simeone Avropa Liqasının finalında "Marsel"la matçda texniki zonada olmayacaq.

Xəbər xətti