"Zirə"nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqasının XXVI turunda "Səbail"i səfərdə 1:0 hesabıyla məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
Sportal.az Sport24.az saytına istinadən xəbər verir ki, cəzalı baş məşqçisi Ayxan Abbasovu əvəzləyən gənc mütəxəssis öncə matçı dəyərləndirib.
- Rəqibi təhlil etmişdik. Bilirdik ki, bizi çətin səfər gözləyir. Samir Əliyevin komandasının çox əzmkar olduğu göz qabağındadı. Bunda da baş məşqçinin işi görünür. Samir müəllim qış fasiləsindən sonra daha yaxşı komanda formalaşdırıb. Buna görə onu təbrik edirəm. Bizə gəlincə, nəyin hesabına olur-olsun, qələbə qazanmalı idik. Qələbədə əzmkarlıq, ruh yüksəkliyi həlledici oldu. Rəhbərliyə təşəkkür edirik ki, arxamızda dayanıblar. Qalan oyunlarımız finala bərabərdi. 5-ci yeri təmin etmişik. Qalan 2 oyunu da inşallah, udacağıq.
- Son 2 oyunda komandanızın oyunun dəyişiklik hiss olunur. Bu, nəyin hesabına olub?
- Əlbəttə, itkilərimiz vardı. Elə olub ki, yanvardan sonra 9-10 futbolçumuz olmayıb. Bu gün iki mərkəz müdafiəçimiz yox idi. Məcburiyyətdən Vüqar Mustafayevi arxada oynatdıq.
- "Zirə" bu ilk ilk qələbəsini qazandı. Maraqlıdı, qələbə hissini yaddan çıxarmışdınız?
- Yox. Sadəcə, çoxdandı hiss etmirdik. Doğrudan da qələbə şirin şeydi. Ayxan müəllim də bunu oyundan sonra vurğuladı.
- Vüsal İsgəndərliyə tez-tez xəbərdarlıq edirdiniz. Bunun səbəbi nədi?
- Vüsalın 3 sarı vərəqəsi vardı. Ona deyirdik ki, 4-cünü alıb cəzalı duruma düşməsin. Vüsalı itirmək istəmirdik.