Millimizin oyununu türkiyəli hakim idarə edəcək

15:20 - 7 May 2018

Azərbaycan və Qırğızıstan milliləri arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri bəlli olub.

 

Sportal.az xəbər verir ki, matç türkiyəli hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi FİFA referisi Ali Palabıyık olacaq.

 

Azərbaycan - Qırğızıstan matçı mayın 29-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Yoldaşlıq oyunu

29 may

 

20:00 Azərbaycan - Qırğızıstan 

Baş hakim: Ali Palabıyık 

Baş hakimin köməkçiləri: Serkan Olquncan, İbrahim Çağlar Uyarcan

Dördüncü hakim: Alper Ulusoy (hamısı Türkiyə)

Bakı. Olimpiya stadionu

Xəbər xətti