Millimiz ilk oyununda uduzdu

17:46 - 7 May 2018

2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Azərbaycan U-19 yığması ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Macarıstan komandası ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olub. 

 

Yığmamız növbəti oyununu mayın 8-də Uels yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xəbər xətti