Vüqar Məmməd: "Futbolçularımın xarakter nümayiş etdirdiyinin şahidi oldum"

17:42 - 8 May 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Uels yığması üzərində 3:0 hesablı qələbənin ardından fikirlərini bildirib. 
 
Sportal.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında yetirmələrinin çoxsaylı qol fürsətlərindən yararlana bilmədiyini deyib: 

 

“Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Dünənki ağır oyundan sonra futbolçularımın xarakter nümayiş etdirdiyinin şahidi oldum. Həm ötən oyunda, həm də bu qarşılaşmada futbolçuların hamısına şans verdik. Heyətdəki oyunçuların hər birinə güvənirəm. Amma hələ çox işimiz var, dayanmadan çalışmalıyıq. Bir daha təkrar edirəm, ustalıq səviyyəmizi artırmalıyıq. Bunu yalnız belə güclü rəqiblərlə qarşılaşaraq edə bilərik”.

Xəbər xətti