Alveş dünya çempionatını buraxa bilər

12:50 - 9 May 2018

PSJ-nin və Braziliya millisinin müdafiəçisi Dani Alveş zədələnib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Fransa kubokunun finalında "Lezy Erbe" ilə matçda (2:0) sıradan çıxıb. Onun zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, 35 yaşlı müdafiəçi bu mövsüm 45 matçda 5 qol və 10 assistlik performans sərgiləyib. Alveş 2006-cı ildən milliyə dəvət alır.

Xəbər xətti