Fekirin atasından transfer açıqlaması: "Yazılan xəbərlər doğru deyil"

16:58 - 10 May 2018

"Lion"un futbolçusu Nəbil Fekirin "Liverpul"a transfer olması ilə bağlı xəbərlər yayılıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin atası Məhəmməd Fekir məsələ ilə bağlı Fransa mətbuatına açıqlama verib. O, xəbərlərin həqiqəti əks etdirmədiyini deyib:

 

"Nəbilin "Liverpul"a transfer olması xəbərləri düzgün deyil. İngiltərə klubu ilə anlaşdığı barədə xəbər oxudum və çox təəccübləndim. Yazılanların doğru olmadığını deyə bilərəm. Əgər belə bir şey olsaydı, mənim xəbərim olardı. Nəbillə münasibətlərimiz əladı".

 

Qeyd edək ki, Fekir 2013-cü ildən "Lion"un əsas komandasında çıxış edir. O, meydana çıxdığı 110 qarşılaşmada 43 qol vurub.

Xəbər xətti