19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə meydan sahibləri ilə 0:0 hesablı heç-heçənin ardından fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında turnirin ən güclü komandalarından biri ilə oynadaqlarını deyib:
“Bu gün turnirin ən güclü və ən məhsuldar komandalarından biri ilə qarşılaşdıq. Slovakiya yığmasını finala vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Qələbəyə bərabər heç-heçə etdik. Turnir çox sıx qrafik üzrə keçirilir. Ancaq belə bir vəziyyətdə dayanmadan çalışan futbolçularıma və hər bir mütəxəssisə təşəkkür edirəm. Bununla belə, böyük işlər görmək üçün daha çox çalışmalıyıq. Artıq Amerika Birləşmiş Ştatları yığması ilə oyuna hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi