Millimiz turniri 4-cü pillədə başa vurdu

17:48 - 11 May 2018

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, yığmamız bu gün 3-cü yer uğrunda oyunda Amerika Birləşmiş Ştatlarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Futbolçularımızdan Turan Vəlizadə 65-ci, Rauf Hüseynli isə 70-ci dəqiqədə qırmızı vərəqə alıb. Komandamız turniri 4-cü sırada başa vurub.

Xəbər xətti