Ranyeri Fransa klubundan ayrıldı

17:22 - 17 May 2018

İtaliyalı baş məşqçi Klaudio Ranyeri Fransanın "Nant" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 66 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

"Nant" Liqa-1də 37 turdan sonra 49 xal toplayıb və 10-cu pillədə qərarlaşıb.

 

Ranyeri 2017-ci ilin yayında "Nant"ın "sükanı arxası"na keçmişdi.

Xəbər xətti