"Real"ın gənc futbolçusu Marko Asensionun agenti Horasio Qaqqioli açıqlama verib.
Sportal.az xəbər verir ki, agent Asensio üçün "Real" iki təklif gəldiyini, lakin "kral klubu"nun bunu rədd etdiyini deyib:
"Asensio üçün 150 milyon avroluq iki təklif göndərildi, ancaq "Real" rədd etdi. Asensio da "Real"da qalmaq istəyir. Böyük təkliflər alması ilk dəfə deyil. Ötən il Avropanın bəzi klublarından imtina etmişdi. "Real" Asensionun gələcəkdə "qızıl top" mükafatını qazanacaq potensilının olduğunu bilir".
22 yaşlı futbolçunun "Real"la 2023-cü ilə qədər müqaviləsi var.
saytlarin hazirlanmasi