İspaniyanın “Real Sosyedad” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Asyer Qaritano ilə anlaşıb. 48 yaşlı mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə bağlanıb.
“Real Sosyedad” mart ayında Eusebio Sakristanı istefaya göndərmişdi. Mövsümün sonuna qədər komandaya müvəqqəti olaraq İmanol Alqvasil rəhbərlik etmişdi.
Qaritano 2013-cü ildə “Leqanes”dəki fəaliyyəti ilə tanınıb. O, bu klubu İspaniyanın 3-cü divizionundan elitaya yüksəltmişdi.
saytlarin hazirlanmasi