Çempionlar Liqasının finalında "Real" "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan qələbəni şərh edib:
"Tarix yazmağa davam edirik. Bu anlar və bu duyğular üçün yaşayırıq. Bunun dadını çıxarmalıyıq. ÇL-ni ardıcıl 3 dəfə qazanmaq möhtəşəm hissdir. Finala yüksəlmək çətindir. Amma finalda təcrübə və ustalıqla qalib gəlmək mümkündür. Qarışıq bir mövsüm keçirdik, amma belə sonluq gözəl oldu".
Zidan oyunda ikinci hissədə daxil olaraq qollar vuran Qaret Beyli tərifləyib:
"Beyl oyuna daxil olan zaman nə lazım etmək gərəkdirsə, bunu bacardı. Bu hamının finalı idi, həm də Beylin. Həm Ronaldo, həm də Beyl klubda qalmalıdır".
saytlarin hazirlanmasi