“Zirə” futbol komandasının yay hazırlıq planı müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu barədə "Report"a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. Onun sözlərinə görə, komandanın hazırlıq planı iki hissədən ibarət olacaq.
Kollektiv ilk olaraq, iyunun 20-də Bakıda toplaşacaq. Paytaxtda iki həftəlik hazırlıq müddətində 2 yoxlama oyunu nəzərdə tutulub.
Daha sonra "Zirə" Türkiyəyə yollanacaq. Qonşu ölkədəki toplanış müddətində 4-5 yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Zirə" 2017/18 mövsümünü 4-cü pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazana bilməyib
saytlarin hazirlanmasi