İspaniya La Liqasına vəsiqə qazanan “Hueska” klubuna yeni baş məşqçi təyin olunub.
Sportal.az xəbər verir ki, debütantı argentinalı Leo Franko çalışdıracaq. Keçmiş qapıçı ilə 1 illik müqavilə imzalanıb.
41 yaşlı Franko karyerasının ən parlaq dönəmini "Malyokra" və "Atletiko"da keçirib. O, 2009/10 mövsümündə "Qalatasaray"ın uğurları üçün çıxış edib. Franko futbolçu karyerasını 2016-cı ildə “Hueska”da başa vurub. O, Argentina millisində 4 oyun keçirib.
saytlarin hazirlanmasi