U-21 millimizin heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov 26 futbolçuya dəvət göndərib. Onlar arasında uzun müddətdir yığmaya çağırılmayan Renat Dadaşov da var.
Sərtan Taşkın (“Keşlə”), İbrahim Hüseynov, Toral Bayramov (hər ikisi “Qarabağ”), Amin Seydiyev, Rüstəm Nuriyev, Qismət Alıyev, Hacıağa Hacılı (hamısı “Qəbələ”), İsmayıl İbrahimli (MOİK), Kamran İbrahimov, Ömər Buludov, Anton Krivotsyuk, Elvin Sərkərov (hamısı “Neftçi”), Hüseynəli Quliyev, Şakir Seyidov, Fəhmin Muradbəyli (hamısı “Səbail”), Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev (hər ikisi “Sumqayıt”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Murad Mahmudov, Renat Dadaşov (hər ikisi “Ayntraxt” F, Almaniya), Ziya Əzizov (“Den Boş”, Hollandiya), Fərid Nəbiyev (“Şevardeni”, Gürcüstan), Ozan Can Kökcü (“Bursasport”, Türkiyə), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya).
Qeyd edək ki, millimiz iyunun 4-də Astanada Qazaxıstanın, iyunun 8-də isə "Dalğa Arena"da Macarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.