Xərçəngə qalib gələn baş məşqçinin yeni iş yeri məlum oldu

00:59 - 1 İyun 2018

İspaniya La Liqasında çıxış edən “Atletik”in yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Bilbao təmsilçisininin "sükanı arxası"na Eduardo Berisso keçib. 48 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

 

Berisso son olaraq "Sevilya"nı çalışdırıb. Xərçəng xəstəlyinə tutulan məşqçi mövsümün gedişində əndəlüsiyalılardan ayrılmışdı. Argentinalı mütəxəssis bir neçə ay əvvəl xəstəliyə qalib gəlməyi bacarmışdı.

Xəbər xətti