Zinəddin Zidanın “Real”dan gözlənilməz gedişinin səbəbləri məlum olub.
Sportal.az xəbər verir ki, fransız mütəxəssis klub prezidenti Florentino Peresin onun işini müdaxiləsinə görə istefa verib.
Peresin Zidanın razılığı olmadan “Atletik”dən Kepa Arrisabalaqa, “Bavariya”dan Robert Levandovski və PSJ-dən Neymarı transfer etmək cəhdləri baş məşqçini özündən çıxarıb. Çünki Zidan həmin futbolçuların keçidində maraqlı olmayıb.
Bundan başqa, Kriştiano Ronaldo və Qaret Beylin komandadakı gələcək taleyinin sual altında olması, əvəzində Maurisio Poçettino və Yoahim Löv kimi məşqçilərin adlarının klubla birgə hallanması da Zidanın qərarına təsir edib.
saytlarin hazirlanmasi